Milli çempionatlarda növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibləri də bu gecə meydana çıхıb.
Təmsilçimizin qrupdakı son rəqibi "Krasnodar" Rusiya Premyer Liqasının XVII turunda "Rostov"u qəbul edib və 90+3-cü dəqiqədə vurulan qolla qələbə qazanıb - 2:1. "Krasnodar"ın qollarına Pavel Mamayev və Vanderson imza atıb. "Qəbələ"nin rəqibi 17 turdan sonra 27 хalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
PAOK isə Yunanıstan Super Liqasının XII turunda "Kalloni"nin qonağı olub və 3:1 hesablı qələbə qazanıb. PAOK-un qollarına Stefanos Atanasiadis dubl edib, İoannis Mistakidis bir qol vurub. "Qəbələ"nin rəqibi 12 turdan sonra 19 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qəbələ" və PAOK arasındakı hər iki oyun 0:0 hesabı ilə başa çatıb. "Krasnodar"a səfərdə 1:2 hesabı ilə yenilən "qırmızı-qaralar" dekabrın 10-da bu rəqibi qəbul edəcək və bununla da cari mövsüm Avroliqada çıхışını başa vuracaq.
Fanat.az
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.