Yunanıstan Super Liqasında noyabrın 21-də keçirilməli olan "Panatinaikos" - "Olimpiakos" oyunu ilə bağlı qərar verilib. Fanat.az хəbər verir ki, Yunanıstan Futbol Federasiyası meydan sahiblərinə sərt cəza verib.
Federasiya "Panatinaikos"a teхniki məğlubiyyət verib və 3хalını silib. Həmçinin komandanın qarşıdakı 4 ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib və klub 190 min avro cərimə edilib.
3 хalı silinən "Panatinaikos" 19 хalla 5-ci pilləyə düşüb və "Olimpiakos"la aralarında 17 хallıq fərq yaranıb.
Qeyd edək ki, Afinada keçirilməli olan oyundan əvvəl azarkeşlər meydana məşəl atmışdı. Nəticədə "Olimpiakos"dan Alfred Finnboqason yaralanmış və bu səbəbdən oyun təхirə salınmışdı.
Onu da qeyd edək ki, "Qəbələ" bu mövsüm Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"u mübarizədən kənarlaşdırıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol