Azərbaycan Kubokunda 1/8 finala yekun vurulub. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Əvvəlcə meydana "Qəbələ" və "Mil-Muğan" çıxıb. 7:0 hesablı qələbə qazanan "Qəbələ" adını 1/4 finala yazdırıb. "Qırmızı-qaralar"ın növbəti rəqibi "Zirə" olacaq.
Mərhələnin son oyununda isə "Rəvan" "Bakı"nı qəbul edib. 1:0 hesablı qələbə qazanan Premyer Liqa təmsilçisi "İnter"ə rəqib olub.
Qeyd edək ki, dünən "Qarabağ", "Xəzər Lənkəran", "Neftçi", "İnter", "Zirə" və "Sumqayıt" 1/4 finala vəsiqə qazanıb.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
Qəbələ - Mil-Muğan 7:0
Qollar: Derlis Meza Kolli, 5. Samir Zərgərov, 16. Fakundo Pereyra, 22. Rikardinyo, 43. Ermin Zets, 44. Vaqif Cavadov, 58. Asif Məmmədov, 87.
Qəbələ: 1. Andrey Popoviç, 7. Ermin Zets, 10. Dodo (k), 15. Vitali Vernidub, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.
Mil-Muğan: 12. Taleh Əsədov, 5. Vüsal Bayımov, 7. Bayram Əliyev, 8. Ruhid Usubov (k), 9. Elxan Məmmədov, 10. Səccad Kerman, 22. Gela Feradze, 17. Elşən İlyasov, 20. Laki Hero, 23. Anar Hacıyev, 24. Ramin Rzayev.
Ehtiyat oyunçular: 99. Şöhrət Qasımov, 2. Tariyel Zeynalov, 3. Novruz Abduləzimli, 18. Nəbi Məmmədov, 19. Xaqani Hüseynzadə, 21. Ağasən Əsgərov.
Baş məşqçi: Xaliq Mustafayev.
Qırmızı vərəqə: Qismət Alıyev, 68.
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu. Saat 17.00.
Rəvan - Bakı 1:0
Qol: Vüqar Bəybalayev, 23.
Rəvan: 32. Kostyantin Maxnovski, 11. Şerif Suma, 6. Vüqar Bəybalayev, 39. Əlibəy Məmmədli, 13. Cəmşid Məhərrəmov, 2. Ruslan Tağızadə, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov, 4. Kənan Müslümov, 3. Saşa Yunisoğlu, 21. Novruz Məmmədov.
Ehtiyat oyunçular: 96. Aydın Bayramov, 77. Cavad Kazımov, 91. Urfan İsmayılov, 7. Elvin Həsənəliyev, 38. Zeki Sinan Akkoyun, 55. Hüseyn Axundov, 15. Ceyhun Abdullayev.
Baş məşqçi: Bəhmən Həsənov.
Bakı: 12. Elxan Əhmədov, 54. Nicat Əskərov, 7. Raul Yaqubzadə, 9. Mətin Əbilsoy, 11. Kamil Nurəhmədov, 21. Elşad Manafov (k), 35. Habil Nurəhmədov, 15. Rəvan Kərimov, 46. Yusup Xakimov, 56. Qeyrət Əliyev, 99. Umar Akmurzayev.
Ehtiyat oyunçular: 96. Səbuhi Əliyev, 16. Rüstəm Rüstəmli, 17. Elmin Əsgərli, 20. Valeh Seyidov, 29. Salman Altuxanov, 36. Etibar Sayılov, 41. Müşfiq İlyasov.
Baş məşqçi: Novruz Əzimov.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bayıl Arena". Saat 20.00 (CBC Sport).
Fanat.az