16:40 04.12.2015 879

Sənan Qurbanov: "Çempionluq iddiasından əl çəkməyəcəyik"

"Qəbələ"nin Topaz Premyer Liqasında ardıcıl xal itkiləri, xüsusilə çempionatın son 6 turunda qələbə qazana bilməməyi müzakirə mövzusuna çevrilib. "Qəbələ İK" məsələyə aydınlıq gətirmək üçün komandanın məşqçisi Sənan Qurbanovla görüşüb. Gənc çalışdırıcı sualları cavablandırıb.


- Komanda çempionatda ardıcıl 6 oyundur qələbə qazana bilmir. Xal itkilərinin əsas səbəbini nədə görürsünüz?

- Ardıcıl 6 oyunda, xüsusilə öz meydanımızda keçirdiyimiz matçlarda xal itirəcəyimizi gözləmirdik. Çünki sıx oyun qrafikinə baxmayaraq, həm çempionatda, həm də Avropa Liqasında uğurlu çıxış edirdik. Qələbə qazana bilmədiyimiz həmin matçlarda üstün oyun göstərdiyimizi hamı gördü. Bu mənada yersiz xal itkilərinə görə biz də çox üzüldük.


- Belə məqamlarda, adətən, deyirlər – bir qələbə lazımdır ki, uğurluzluq zolağından çıxasan.

- Bu fikirlə razıyam. Bizə bir qələbə yetər ki, vəziyyəti xeyrimizə dəyişək, komandada əhval-ruhiyyəni yaxşılaşdıraq. Qələbə tam başqa əhval-ruhiyyə yarada biləcək hissdir. Hətta zədəli futbolçularımız da emosiyalara qapanacaq, tez sağalıb oynamaq istəyəcəklər. Təbii ki, biz məşqçilər təhlillər aparırıq. Ancaq komandanı bu vəziyyətdən çıxara biləcək əsas qüvvə futbolçuların özləridir.


- Keçmiş hücumçu kimi, necə bilirsiniz, ön xətt oyunçularının qol imkanlarından istifadə edə bilməməsi nə ilə bağlıdır?

- Hücumçularımızın çatışmayan əsas cəhəti qapıya yetərincə sayda zərbə vurmamasındadır. Halbuki, onlar bundan ötrü alışıb-yanmalıdırlar. Əsasən də hücumçular. Futbolçu qapıya zərbə vurmursa, hansı epizodu yada salıb təəssüflənə bilər ki? Bunun üzərində işlədik və “İnter”lə oyunda baxımlı qol vurduq. Əvvəlki matçlarda rəqib qapısına 5 zərbə vursaydıq, heç olmasa 2-si qolla nəticələnərdi.


- Rəqiblərin “Qəbələ”yə qarşı oyunu, deyəsən, əvvəlki mövsümdəkilərdən fərqlənir.

- Bununla bağlı müqayisələr aparmışıq. Çempionatda komandalar əvvəl “Qarabağ”a qarşı necə oynayırdılarsa, indi də “Qəbələ”yə qarşı matça o cür, yəni böyük motivasiya ilə çıxırlar. Premyer Liqada mübarizə aparan hər baş məşqçi “Qəbələ” kimi iddialı rəqibdən xal qoparmağa çalışır. Bu, normal haldır. Rəqiblərimizin heyətində gənc və sürətli futbolçular var. Onlar “Qarabağ” və “Qəbələ” kimi iddialı komandalara qarşı oyunlarda özlərini göstərə bilirlər. “Sumqayıt” buna misal ola bilər. “Qarabağ” bu mövsümdə ilk məğlubiyyəti məhz “gənclər şəhər”inin təmsilçisindən alıb. “Zirə”, AZAL və “Rəvan” isə Qəbələyə heç-heçə üçün gəlmişdilər. Bu komandalar Qəbələdə bizə qarşı açıq futbol oynamadılar. Müdafiə taktikasını seçdilər və arzuladıqları 1 xalı qazandılar. “Sumqayıt” isə bizə qarşı açıq, baxımlı, hücum futbolu oynadı.


- “Qəbələ”Avropa Liqasında növbəti mərhələyə çıxmaq şansını itirib. Sizcə, bu, iki cəbhədə mübarizə aparan “Qəbələ”nin nəticələrinə təsir etdimi?

- “Qəbələ”nin AL-in qrup mərhələsinə çıxmasının özü çox böyük uğurdur. Hesab edirəm ki, pis təsir bağışlamadıq və Azərbaycanda 4 mərhələ keçərək qrupa düşən ilk komanda olduq. Güclü rəqiblərlə mübarizədə futbolçular böyük təcrübə qazandılar. Premyer Liqamızın səviyyəsinə kölgə salmaq istəmirəm, amma avroliqa oyunlarından sonra çempionat matçlarına köklənmək futbolçular üçün çətin olur. Halbuki, futbolçulara dəfələrlə demişik ki, avroliqa oyununu çempionat matçından seçsək, bunun mənfi nəticəsini görəcəyik. Nəticə baxımından hər matç bizim üçün önəmli olmalıdır. “Qəbələ” ilk dəfə avrokuboklarda qrup təcrübəsini yaşadı. Söz yox ki, sıx oyun qrafiki, yol yorğunluğu da öz sözünü dedi. Üstəlik, zədəlilərimiz də var. Bütün bu amillər iki cəbhədə mübarizə aparan komandalar üçün normal haldır.


- “Qarabağ” “Qəbələ”dən 8 xal öndədir. Bu xal fərqini necə aradan qaldırmaq olar?

- Əlbəttə, ardıcıl 2 mövsüm bürünc medalçı olan komandamız üçün yenə bu mükafatı qazanmaq uğur sayıla bilməz. Bu mövsüm məqsədimiz çempion tituluna sahib çıxmaqdır. Çempionatın formata uyğun olaraq, hər komanda ilə 4 dəfə üz-üzə gəlməliyik. “Qarabağ”la hələ 3 oyunumuz qalıb. Ona görə də düşünürəm ki, xal fərqini aradan qaldırmaq mümkündür. Premyer Liqada yolumuz uzundur, mövsüm hələ heç yarılanmayıb.


- Xüsusilə əsas rəqiblərlə şəxsi oyunlar həlledici olacaq.

- Bəli. Ruhdan düşmək olmaz. Kimsə düşünməsin ki, “Qarabağ” bizdən 8 xal irəlidədir deyə iddiamızdan əl çəkəcəyik. Əksinə, bundan sonra oyunlara daha ciddi yanaşmaq lazımdır. Çempionat indi bizim üçün daha maraqlı oldu. Unutmayın ki, “Qəbələ” Avropa Liqasında 4 mərhələ keçərək qrup mərhələsinə düşüb. Təsnifat mərhələsində öhdəsindən gəlməli olduğumuz vəzifə daha çətin idi, nəinki indi. Bu baxımdan belə əzmkar komanda üçün 8 xal fərqini aradan qaldırmaq problem olmamalıdır.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X