"Xəzər Lənkəran" daha bir itki ilə üzləşib. Fanat.az хəbər verir ki, FIFA-nın transfer qadağası üzündən oyunçu azlığından əziyyət çəkən Yunis Hüseynov İlyas Səfərzadənin də хidmətindən məhrum olub.
Belə ki, 20 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Qəbələ" ilə oyununda 61-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan İlyas sarı vərəqə limitni doldurub. Bu onun cari mövsümdə 4-cü "sarı"sı olduğundan XVI turda AZAL-a qarşı oynamayacaq.
Qeyd edək ki, İlyas bundan əvvəl "Sumqayıt", "Qarabağ" və "Neftçi" ilə oyunlarda sarı vərəqə almışdı.
Fanat.az