AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
Topaz Premyer Liqasının XV turunun “Neftçi” - “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” - "Kəpəz" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimə olunur.
- Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XV turunun “Rəvan” - AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Neftçi” - “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
- Oyunun 90+2-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Xaqan Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Xəzər Lənkəran” - “Qəbələ” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Fanat.az