20:18 18.12.2015 601

"Problemlər onu qorxutmadı" - Fikrət Hüseynov

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov "Neftçi" ilə oyundan (1:0) klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Ağır oyun oldu. “Neftçi” kimi adlı-sanlı rəqib üzərində qələbə qazandıq. Özü də komandamız gözəl oyun nümayış etdirdi. Biz bunu təsadüf saymırıq. Çünki komandamızın gücünə bələdik. İlk oyunda da bu rəqibi məğlub etmişdik. Son oyunlar mövsümün əvvəlində atdığımız addımların dögru olduğunu təsdiqləyir. Heyət gənclərdən qurulsa da, onların potensialı var. Biz buna həmişə inanmışıq. Qələbə həmişə gözəldi. Amma eyforiyaya qapılmaq lazım deyil. İndi ilin son oyunu haqda düşünməliyik. Qarşıda “Zirə” ilə görüş var. Bu oyunda da qalib gəlmək lazımdır.   

- Bir neçə gündən sonra çempionatda fasilə yaranacaq. Yəqin ki komandada müəyyən dəyişiklik olacaq. Klubun planları haqda nə deyə bilərsiz?
- Artıq hazırlıq planı hazırdı. Baş məşqçi öz proqramını bizim müzkirəmizə təqdim edib. Rəhbərlik onun icrasını təmin etmək üçün lazımi işləri görəcək. Heyətdə ciddi dəyişiklik gözlənilmir. Tərlan Əhmədov problemli mövqələrə bir-iki futbolçu alınmasını istəyib. İndi bunun üzərində çalışırıq. Artıq bir əcnəbi futbolçu ilə razılıga gəlmişik. Meksikalı Adan Koronado ilə müqavilə bağlanılıb və o, yanvarın 6-da komandaya qoşulacaq. Digər namizədlər də var. Tərlan Əhmədovun verdiyi siyahı əsasında transfer fəaliyyətimizi quracağıq. Sadəcə danışıqlar getdiyi üçün açıqlama vermək bir qədər tezdir.

- Yeri gəlmişkən, Tərlan Əhmədovun işini necə qiymətləndirirsiniz?
- Tərlan Əhmədovun işi göz qabagındadır. Belə bir komanda formalaşdırdıgına görə ona ancaq təşəkkür edə bilərik. O klubun ən ağır vəziyyətində bizə, kollektivə sadiq qaldı. Hələ may ayının sonunda biz strategiyanı dəyişərkən, büdcəni azaldarkən Əhmədov klubda qalacagını bildirdi. Gənc olmasına baxmayaraq, Tərlan təcrübəli həmkarlarının risq belə etmədiyi yükün altına girdi. Məhdud büdcə, təcrübəsiz futbolçular, heyətlə bağlı problemlər onu qorxutmadı. Əksinə Əhmədovun cəsarəti və gələcəyə inamı bizi işə həvəslndirdi. Düzü özümüzün içərimizdə də komadanın perspektivinə şübhə ilə yanaşanlar var idi. Heyətə cəlb olunanların bir çoxu uzun müddət idi futboldan kənarda qalmışdı. Murad Səttarlı, Nuqzar Kvirtiya, Rail Məlikov, Qvanzav Maqomedov, Emin Cəfəruliyev kimi oyunçular müəyyən səbəbdən yaşıl meydançadan uzaq düşmüşdülər. Lakin Tərlan həmişə səbrli olmağı və mübariz komanda yaradacağımızı əminliklə söyləyirdi. Bu gün onun ümidləri doğrulmaqdadı. Hesab edirəm ki, AZAL oyun baxımından heç kimdən aşkar geri qalmır. Nəticə də qənaətbəxşdi. Tərlan Əhmədov klubun ehtiyyat qüvvəsinin yetişməsinə, aşağı yaş qruplarından istedadlı yeniyetmələrin tapıb üzə çıxarılmasında da əvəzsiz xidmət göstərir. Məhz o Seymur Əsədovu, Kamal Mirzəyevi, İsmayıl İbrahimlini, Aydın Qasımovu üzə çıxardı. Bu gün bütün uşaq komandalarının oyunlarını izləyir, bizə daim təkliflər verir. Bir sözlə, onunla yollarımızı davam edirik və belə əməkdaşlıqdan məmnunuq.

- Komanda ilə bağlı məlumatları dediniz. Bəs ümumilikdə klubun inkişaf perspektivləri haqda nə deyə bilərsiz?
- Bu sahədə də addımlar atılır. İnfrastruktur imkanlarının yaxşılaşdırılması üçün bəzi layihələri həyata keçiririk. “AZAL-Arena”nın ot örtüyünün dəyişdirilməsi üçün danışıqlar başa çatıb. Dekabrın 21-dən etibarən türkiyəli mütəxəssislər stadionda işə başlayırlar. Uşaq futboluna diqqəti artırmaq istəyirik. Bunun üçün klub rəhbərliyi qarşısında məsələlər qoymuşuq. Eni zamanda AFFA ilə əməkdaşlığa ciddi önəm veririk. Klubun büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi istiqamətində də işlər aparılır. Bir sözlə, klubun yeni strategiyasına əsasən yeni imicə, yeni simaya malik olacaq AZAL-ın gələcəyi naminə bütün imkanlar səfərbər olunub.  

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2025
15:27

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

15:09

Fernandu Santuş millimizin heyətini cümə günü açıqlayacaq

14:51

Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirildi

14:33

Onana AL-in finalından öncə belə danışdı

14:15

İspaniya millisinin sabiq oyunçusu karyerasını bitirməyə qərar verdi

13:56

Kasilyas hakimləri "Real"ı "sıxmaq"da suçladı: "Bunun XXI əsrdə baş verməsi..."

13:38

Brahim Konate klubunu dəyişdi: "Şamaxı"dan...

13:21

Lamin Yamal yeni mövsüm üçün nömrə seçimini etdi

13:03

Klopp "Roma"da? - Agenti açıqladı

12:45

"Bir klub mənə yaxınlaşmışdı, dərhal prezidentə məlumat verdim" - Mourinyudan etiraf

12:26

"O, Mbappedən 20 qol az vursa da, ümumilikdə daha çox fayda verir"

12:08

Frimponqun bir ayağı İngiltərə nəhəngində - Tibbi müayinədən keçdi

11:50

Bundesliqa klubunun qapıçısı milli karyerasını başa vurdu

11:31

“Heydər Əliyev Kuboku-2025”: Yarımfinalçılar bəlli oldu

11:13

AFFA rəsmisi FIFA-nın seminarına qatıldı

10:51

Türkiyə çempionu Polşa millisinin üzvü ilə danışıqlara başladı

10:32

Azərbaycan millisinin rəqibləri bilindi

10:24

İnzaqi ÇL-in finalından sonra "İnter"dən ayrılacaq - İddia

10:05

Rəşad Sadıqovdan maraqlı və ustad paylaşımı - VİDEO/FOTO

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Çempion "Liverpul" antirekordla tarixə düşdü

09:00

Klopp məşqçiliyə qayıtmağa razılaşdı - A Seriyasında çalışacaq

01:13

İPL: "Liverpul" uduzdu

00:07

Vüsalın komandası Super Liqada oynamaq şansını minimuma endirdi

19 May 2025
23:42

"Barselona"nın ulduzu Premyer Liqa klubuna bu qiymətə keçir - MƏBLƏĞ

23:13

"Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümid edirik" - Sərxan Hacıyev

22:50

Dünya çempionu "Atletiko" forması ilə son ev oyunundan sonra paylaşım etdi

22:10

Braziliyalı qoleador İngiltərədə nəhənginə keçməyə qərar verdi

21:46

"Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik" - Millimizin üzvü

21:20

Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

21:14

"Premyer Liqa məşqçiləri" "Neftçi" 2000-lər"i üstələdi

20:58

Neymar imicini dəyişdi - FOTO

20:39

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: "Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik"

20:17

"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

19:54

"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

19:12

İvan Rakitiç karyerasını bitirdi

18:41

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazandılar

18:09

Ten Haq "Ayaks"a qayıdır

17:43

69-cu "Qızıl top" mükafatı sahibinə bu tarixdə təqdim olunacaq

17:25

Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X