Topaz Premyer Liqasında II dövrənin sonuncu - XVIII turuna yekun vurulub. Fanat.az хəbər verir ki, bununla 2015-ci il başa çatıb.
İlin son oyun günündə 3 matç baş tutub. Əvvəlcə "Kəpəz"lə "Neftçi" meydana çıхıb. Əzəli rəqiblərin qarşılaşmasında 2 qol vurulub, 2 qırmızı vərəqə göstərilib. Hesabı 15-ci dəqiqədə Tərlan Quliyev açıb. 47-ci dəqiqədə Cavid İmamverdiyev bərabərliyi təmin edib. 50-ci dəqiqədə "Neftçi"dən Aylton Silva, bir dəqiqə sonra "Kəpəz"dən Tural Nərimanov qırmızı vərəqə alıb.
İkinci oyunda AZAL "Zirə"ni qəbul edib. Tərlan Əhmədovun yetirmələri 1:0 hesablı qələbə qazanaraq fasiləyə 3 хala yollanıb. Matçın yeganə qoluna 14-cü dəqiqə penaltidən Tagim Novruzov imza atıb.
2015-ci ilin son oyununda "İnter" "Xəzər Lənkəran"ı qəbul edib. İki qolun vurulduğu oyunda "İnter" 2:0 hesablı qələbə qazanıb. Hesabı 28-ci dəqiqədə Zurab Xizanişvili açıb. 47-ci dəqiqədə isə sabiq "Xəzər Lənkəran"lı Elnur Abdullayev fərqlənib.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Qarabağ" "Qəbələ" ilə 1:1, "Sumqayıt" "Rəvan"la 3:3 hesablı heç-heçəyə razılaşıb.
Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XVIII tur
20 dekabr
Kəpəz - Neftçi 1:1
Qollar: Tərlan Quliyev, 15 - Cavid İmamverdiyev, 47.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo (27. Bəxtiyar Soltanov, 84), 8. Budaq Nəsirov (15. Azad Kərimov, 80), 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 19. Aleksandr Sitnik (90. Julien Ebah, 63), 23. Tural Nərimanov, 25. Şəhriyar Əliyev, 68. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 9. Murad Ağakişiyev, 21. Xəzər Qəribov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Neftçi: 1. Aqil Məmmədov, 3. Jairo Rodriges, 5. Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k) (17. Rəhman Hacıyev, 73), 10. Cavid İmamverdiyev (21. Samir Məsimov, 85), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Fəhmin Muradbəyli (14. Məhəmməd Qurbanov, 45+1), 26. Kamal Qurbanov.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 27. Məqsəd İsayev.
Baş məşqçi: Əsgər Abdullayev.
Sarı vərəqələr: Budaq Nəsirov, 36 (qeyri-idman hərəkəti). Azad Kərimov, 90+2 (qeyri-idman hərəkəti) - Aylton Silva, 32 (qeyri-idman hərəkəti); 50 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Kaue da Silva, 35 (qeyri-idman hərəkəti). Erik Ramos, 40 (qeyri-idman hərəkəti). Ruslan Qurbanov, 51 (hakimin qərarına etiraz). Aqil Məmmədov, 81 (hakimin qərarına etiraz). Cavid İmamverdiyev, 85 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Tural Nərimanov, 53 (aqressiv hərəkətə görə) - Aylton Silva, 50 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Gəncə şəhər stadionu. 15000 tamaşaçı.
AZAL - Zirə 1:0
Qol: Tagim Novruzov, 14-pen.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 6. Tagim Novruzov, 7. Tərlan Xəlilov, 9. Aydın Qasımov (19. Məhəmməd Bədəlbəyli, 65), 11. Ruslan Nəsirli (28. Müşfiq Teymurov, 71), 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı (10. Nuqzar Kvirtiya, 90+2), 24. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 15. Rüfət Musayev, 17. Elmin Çobanov, 20. İsmayıl İbrahimli.
Baş məşqçi: Tərlan Əhmədov.
Zirə: 85. Kamal Bayramov, 2. Çimezi Mbah, 5. Adil Nağıyev, 9. Nelson Bonilla, 13. Aleksandr Şemonayev (k), 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə (19. Nurlan Novruzov, 59), 32. Luis Alberto Diez (11. Viktor İbekoyi, 68), 33. Dieqo Souza (8. Tərzin Cahangirov, 46), 37. Yovan Krneta, 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 95. Elməddin Məmmədov, 7. Rihairo Meulens, 77. Ruslan Poladov, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
Sarı vərəqələr: Murad Səttarlı, 20 (qeyri-idman hərəkəti) - Adil Nağıyev, 13 (sürüşmə fəndini düzgün etmədiyinə görə). Yovan Krneta, 53 (qeyri-idman hərəkəti). Nicat Qurbanov, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabbarov.
"AZAL Arena". 356 tamaşaçı.
İnter - Xəzər Lənkəran 2:0
Qollar: Zurab Xizanişvili, 28. Elnur Abdullayev, 47.
İnter: 1. Səlahət Ağayev (k), 4. Laşa Kasradze, 5. Denis Silva, 8. Nizami Hacıyev, 9. Limam Seydi, 10. Elnur Abdullayev (7. Nika Kvekveskiri, 79), 14. Zurab Xizanişvili, 15. Stepan Polyak, 22. İlkin Qırtımov (12. Ruslan Əmircanov, 85), 23. Dieqo Martins (19. Mirhüseyn Seyidov, 73), 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 3. Xuan Fransisko, 18. Mansur Nəhavəndi, 20. Yuri Fomenko.
Baş məşqçi: Zaur Svanadze.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 42. Kamran Abdullazadə, 44. Yusif Həsənov, 97. Elnur Cəfərov (79. Namiq Qocayev, 60), 99. Mahsum Qənbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 77. Əli Əliyev.
Baş məşqçi: Yunis Hüseynov.
Sarı vərəqələr: Abbas Hüseynov, 29 (qeyri-idman hərəkəti) - Hüseyn Xəlilzadə, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
“İnter Arena”. 500 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 18 | 11 | 5 | 2 | 28-12 | 38 |
2 | İnter | 18 | 8 | 6 | 4 | 18-12 | 30 |
3 | Zirə | 18 | 7 | 8 | 3 | 16-13 | 29 |
4 | Qəbələ | 18 | 7 | 7 | 4 | 24-13 | 28 |
5 | Kəpəz | 18 | 6 | 8 | 4 | 19-17 | 26 |
6 | Neftçi | 18 | 6 | 6 | 6 | 19-18 | 24 |
7 | AZAL | 18 | 6 | 4 | 8 | 11-17 | 22 |
8 | Sumqayıt | 18 | 3 | 9 | 6 | 23-28 | 18 |
9 | Xəzər Lənkəran | 18 | 3 | 3 | 12 | 10-24 | 12 |
10 | Rəvan | 18 | 2 | 6 | 10 | 12-26 | 10 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 7. Ruslan Qurbanov (Neftçi), Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5. |
Fanat.az