"Latsio" komandasının məşqçisi Vladimir Petkoviç müqaviləsini bir il daha uzadıb.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, finalda əzəli rəqibləri "Roma"nı məğlub edərək İtaliya Kubokunu qazanan Petkoviç itən etibarını geri qazanmışdı. Bu zəfərin dərhal ardından da italyan klubunun rəhbərliyi yeni müqavilə təklifini Petkoviçə təqdim edib.
Rəhbərliyin təklifini qəbul edən Petkoviç bu imzayla müqaviləsini 2015-ci ilin iyun ayına qədər uzatmış oldu.
İdman24.az