Qış fasiləsinə 8-ci pillədə yollanan "Sumqayıt" da təlim-məşq toplanışı üçün Türkiyəyə üz tutacaq.
"Kimyaçılar" qardaş ölkənin Antalya şəhərində hazırlıq keçəcək.
Hazırlıq üçün Antalyanın Side bölgəsini seçən Samir Abasovun yetirmələri "Emir Hotel Group"a məxsus "The Sense De luxe Hotel"də məskunlaşacaq. Təlim-məşq toplanışı 14-24 yanvar tarixində nəzərdə tutulub.
Əldə etdiyimiz özəl məlumata görə, "gənclər şəhəri" təmsilçisi burada 4 yoxlama matçı keçirəcək. Artıq 3 rəqibin adı bizə məlumdu. Bunlar İranın "Traktor Sazi", Qazaxıstanın "İrtış" və Almaniyanın ikinci bundesliqasında çıxış edən "FSV Frankfurt" komandalarıdı. Məlumatı "Sumqayıt"ın prezidenti Kamran Quliyev də saytımıza açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Premyer Liqanın lideri "Qarabağ" da hazırlıq çərçivəsində "Traktor Sazi" ilə yoxlama matçı keçirəcək.(Sport7.az)
Fanat.az