"Futbol oyunlarını toy çəkilişləri kimi lentə almaq olmaz. Klublar bu məsələyə ciddi yanaşmalıdılar". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri klublara xəbərdarlıq edib: "Hərdən bizə elə videoyazılar göndərirlər ki, heç orda kimin kimlə oynadığını da başa düşmək olmur. Ona görə də klublara xəbərdarlıq edirəm: əgər PFL-ə keyfiyyətiz videoyazılar təqdim olunsa, həmin klublar cərimələnəcək və növbəti turun oyununa buraxılmayacaq".
Musayev klublara məsləhət də verib: "I divizionda maraqlı mövsüm olacaq. Hər komanda 21 yaşadək altı futbolçu sifariş etməlidi. Həmçinin komandalar beş əvəzetməyə əl ata biləcəklər. I divizion klubları yeni mövsümə ciddi hazırlaşmalıdılar. Çünki növbəti mövsüm bu klublardan biri Premyer Liqada çıxış eləmək şansı qazanacaq. Elə Premyer Liqada da gərgin mübarizə gedəcək. Çünki ordan da bir klub aşağı liqaya düşəcək".
Fanat.az