"Premyer Liqanın son oyunları gərgin mübarizə şəraitində keçir. Çoxları hakim səhvlərindən danışır. Amma etiraf etmək lazımdı ki, səhv edən təkcə hakimlər deyil. Futbolçular, məşqçilər də səhvə yol verirlər. Amma onlara heç kim təzyiq göstərmir". Fanat.az xəbər verir ki, sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri hakimlərimizə yaradılan şəraitdən danışıb: "Fikrimcə, geridə qalan turlarda qəsdən edilən hakim səhvi olmayıb. Azərbaycan yeganə MDB ölkəsidi ki, hakimlərini təlim-məşq toplanışına yollayır".
PFL prezidenti "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verənlərə də münasibət bildirib: "Lənkəran şəhər stadionun diskvalifikasiya olunmamasına çox sevindim. Bu, Lənkəran futbolu üçün böyük zərbə olardı".
Fanat.az