Topaz Premyer Liqasının V turunda "Xəzər Lənkəran"la qarşılaşdıqdan sonra 5 günlük istirahətə buraxılan "Qəbələ" sabah hazırlıqlarını bərpa edəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında bir araya gələcək komanda məşqlərini Qəbələdə keçirəcək.
Milli komandaların heyətlərində olan Vladimir Levin (Azərbaycan yığması) Ürfan Abbasov, Amit Quluzadə (hər ikisi Azərbaycan U-21), Sadiq Quliyev, Elvin Camalov (hər ikisi Azərbaycan U-19), Deyan Kelhar (Sloveniya yığması) və Omar Kalabane (Qvineya yığması) hazırlıq prosesinə sonradan qoşulacaq.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın növbəti - VI turunda səfərdə paytaxt təmsilçisi AZAL-la qarşılaşacaq. Matç sentyabrın 15-də baş tutacaq.
Fanat.az