Topaz Premyer Liqasında may ayında vurulmuş ən gözəl qol müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytı vasitəsilə keçirdiyi sorğunun nəticələrinə əsasən "Rəvan”ın futbolçusu Ramazan Abbasovun AZAL ilə oyunda vurduğu qol ayın ən yaxşısı seçilib. Bu qol respondentlərin 63 %-nin səsini qazanıb. Səsvermə sonucunda bu vəziyyət formalaşıb:
1. Ramazan Abbasov (Rəvan) - 815 səs (63%)
2. Nicat Qurbanov (Simurq) - 208 səs (16%)
3. Nikolas Kanales (Neftçi) - 171 səs, (13%)
4. Salif Ballo (Turan) - 69 səs, (5%)
5. Mario Rubio (Bakı) - 32 səs, (2%)
Qeyd edək ki, 2013-cü ildə Topaz Premyer Liqasının matçlarının keçirildiyi 4 ayın hamısında (fevral, mart, aprel, may) nominantlar arasında "Rəvan”ın futbolçusu yer alıb. Fevral və mart aylarında Mindauqas Kalonas ilk "5-liy”ə düşməklə kifayətlənibsə, apreldə Tofiq Mikayılovun "Kəpəz”in qapısından keçirdiyi top 1-ci olmuşdu.
İdman24.az