"AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən biri qeyd edib ki, hətta yığma son 3 oyunda 10 xal yığsa da, mən millidən getməliyəm". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı 3 oyunda 10 xalını necə yığıldığını başa düşmədiyini bildirib: "Axı 3 oyunda necə 10 xal yığmaq olar? Deyilənlər zarafatdısa, bunu xarici mətbuata da başa salmaq lazımdı. Əks halda hamı başa düşməz".
Qeyd edək ki, Foqts barədə həmin fikri Kazbek Tuayev dilə gətirmişdi.
Fanat.az