"Antalya Cup" turnirində iştirak edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, yığmamız səfərə 23 futbolçu ilə çıxacaq.
Baş məşqçi Yaşar Vahabzadə heyətə iki legioner dəvət edib. Belə ki, Almaniyanın "TSG Neustrelitz" klubunun üzvləri - Kerem Behnke və Taşkın İlter turnirdə iştirak edəcək.
Qeyd edək ki, yığmamız "Antalya Cup"da Ukrayna və Albaniyanın U-20, Səudiyyə Ərəbistanı və Bəhreynin U-20 yığmaları ilə qarşılaşacaq.
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (Qarabağ), Tərlan Əhmədli (Sumqayıt), Rəşad Əzizli (Rəvan).
Müdafiəçilər: Məqsəd İsayev, Rahil Məmmədov (hər ikisi "Neftçi"), Elvin Camalov, Bəhlul Mustafazadə (hər ikisi "Qəbələ"), Sadiq Quliyev, Adil Nağıyev (hər ikisi "Zirə"), Abbas Hüseynov (İnter), Tural Hümbətov (AZAL).
Yarımmüdafiəçilər: Namik Ələskərov, Budaq Nəsirov (hər ikisi "Kəpəz"), Kamal Mirzəyev, Ruslan Nəsirli (hər ikisi AZAL), Azər Salahlı (Qarabağ), Fuad Bayramov (İnter), Kamran Abdullazadə (Xəzər Lənkaran), Vüqar Mustafayev (Zirə), Kerem Behnke, Taşkın İlter (hər ikisi "TSG Neustrelitz", Almaniya).
Hücumçular: Ehtiram Şahverdiyev (Qəbələ), Elnur Cəfərov (Xəzər Lənkaran).
Fanat.az