Fərid Quliyev karyerasını yenidən Türkiyədə davam etdirəcək. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq üzvü "Yozqatspor 1959" klubu ilə müqavilə bağlayıb.
"Yozqatspor 1959"un vitse-prezidenti Ahmet Akgün Fəridin transferi ilə bağlı ğunları deyib: "Daha öncə Azərbaycan millisinin də formasını geyinən Fərid Quliyevlə müqavilə imzaladıq. Son olaraq Azərbaycan Premyer Liqasında "Rəvan"ın formasını geyinən futbolçu ilə uzun müzakirlərdən sonra razılaşdıq".
Fərid Quliyev isə Yozqatda gözəl qarşılandığını bildirib: "Az da olsa, şəhəri görmək imkanım oldu. Çox gözəl bir yerdi. İnşallah, komandama faydalı olaram. Komandamız çempion olmaq istəyir. Əlimdən gəldiyi qədər komandamın çempion olması üçün çalışacam. İnşallah, mövsümün sonunda 3-cü liqaya çıxarıq".
Qeyd edək ki, "Yozqatspor 1959" Türkiyənin həvəskarlar liqasında (BAL) çıxış edir. 2013-cü ildə Türkiyənin "Kahramanmaraşspor" klubunda oynayan Fərid Quliyev ölkəmizdə "Dinamo" (Bakı), "Qarabağ", "Muğan", "Standard", "Neftçi", "Simurq", "Sumqayıt", "Turan", "Kəpəz", "Araz Naxçıvan", "Şuşa" və "Rəvan"ın formasını geyinib.
Fanat.az