16:58 26.01.2016 695

"CBC Sport" 35 min manatı fevralın ilk həftəsinədək verəcək"

Bu gün "Bulvar" oteldə Klublar Komitəsinin 2016-cı ildə ilk iclası keçirilib. Komitənin yeni sədri olan AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov keçirdiyi brifinqdə bugünkü iclasda müzakirə olunan məsələlərdən danışıb:

"İclasda 4 məsələ müzakirə edildi. Klubların PFL-ə borcu, “CBC Sport”dan gələn vəsait, uşaq futbolunda oyunların zamanlarının müəyyənləşdirilməsi və 17 yaşadək yığmamızın baş məşqçisi Təbriz Həsənovla Avropa çempionatı öncəsi görüşmək. Əfsuslar olsun ki, Təbriz müəllim səhhəti ilə bağlı bugünkü iclasda iştirak edə bilmədi. Bu səbəbdən həmin məsələ müzakirə olunmadı. Uşaqların oyun vaxtı məsələsini həll etdik. Hər klubun nümayəndələri, yəni uşaq futbol akademiyalarının müdirləri və menecerləri AFFA-nın uşaq futbolu departamentinin rəisi ilə görüşəcəklər və maksimum dərəcədə yoluna qoyacaqlar. 

"CBC Sport” telekanalına yeni direktor təyin olunub. Hər turun 5 oyununun göstərilməsi üçün matçlar 3 gün ərzində keçirilməlidi. Bu məsələni 90-95% yoluna qoyduq. Yalnız ilk turla bağlı problem oldu. Söhbət fevralın 1-nə “Qarabağ” - AZAL oyununu salmaqdan gedir. Günün sonunadək həmin məsələ - matçın konkret hansı gündə keçiriləcəyi müəyyənləşəcək.

Əsas məsələ klubların PFL-ə borcları ilə bağlı idi. Bildiyiniz kimi, 5 klub PFL ilə razılıq əldə edib. Onlardan sonuncusu AZAL oldu. 2 gün öncə biz də borcları bağladıq. Qalan klublarla da borc məsələsini danışdıq. “CBC Sport”dan yayımdan gələn pullarla klublar PFL-ə olan borclarını bağlayacaqlar. Borc məsələsini hələlik “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran” klubları həll etməyiblər. 2 gün ərzində, ayın 27-si axşam saatlarınadək hər klubun rəsmisi PFL-in prezidenti Ramin Musayevlə individual şəkildə görüşərək məsələni yoluna qoyacaq.

"CBC Sport"dan klublara verilməli 70 min manat barəsində də telekanalın yeni rəhbəri Volkan Üstlə söhbətimiz oldu. O, bu pulun yarısının, yəni 35 mininin fevralın ilk həftəsinədək klublara veriləcəyini bildirdi. Qalan hissəsi isə mövsümün sonunadək veriləcək".(Qaynar.info)

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

Facebookdan bizi izləməyi unutmayın.
X