"İnter" 2016-cı ilin rəsmi oyununa ciddi itkilərlə çıxacaq. Fanat.az xəbər verir ki, bank klubunun 4 üzvü zədədən əziyyət çəkir.
Belə ki, müdafiəçi İlkin Qırtımov, yarımmüdafiəçilər Mirhüseyn Seyidov və Mirsahib Abbasov, hücumçu Rauf Əliyev zədəlidi. Onların XIX turun "Zirə" ilə matçına çıxmayacağı bildirilir.
Qeyd edək ki, “Zirə” - “İnter” görüşü yanvarın 31-də baş tutacaq.
Fanat.az