Topaz Premyer Liqasında ilin ilk təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, XIX turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
İlk oyun günündə baş tutacaq "Kəpəz" - "Qəbələ" matçını sabiq FIFA referisi Fariz Yusifov idarə edəcək. Günün digər matçında - "Neftçi" - "Sumqayıt" görüşündə Avropa Liqasının qrup mərhələsinə təyinat almış Əliyar Ağayev fit çalacaq.
İkinci oyun gününün AZAL - "Qarabağ" matçında ədaləti Rəhim Həsənov qoruyacaq. "Zirə" - "İnter" oyununa Rauf Cabbarov, "Xəzər Lənkəran" - "Rəvan" görüşünə Ömər Paşayev təyinat alıb.
30 yanvar
Kəpəz - Qəbələ
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov.
Gəncə şəhər stadionu. Saat 14.00 (CBC sport).
Neftçi - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev.
“Bakcell Arena”. Saat 16.30 (CBC sport).
31 yanvar
Xəzər Lənkəran - Rəvan
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, İnqilab Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 13.30 (CBC sport).
AZAL - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
"AZAL Arena". Saat 15.00.
Zirə - İnter
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Mübariz Haşımov, Elvin Əsgərov.
Zirə İdman Kompleksinin stadionu. Saat 17.30 (CBC sport).
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol