Heyətindəki futbolçuların azlığından əziyyət çəkən "Xəzər Lənkəran" tranfser çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Lənkəran klubu baxışa daha iki futbolçu çağırıb.
Belə ki, başt məşqçi Elbrus Məmmədov Vüqar Bəybalayevlə Tural Rzayevi baxışa dəvət edib. Onlarla bağlı qərar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, Vüqar Bəybalayevin son iş yeri "Rəvan" olub. O, cari mövsümün ilk yarısında bu komandanın heyətində 18 çempionat və 1 kubok oyununa çıxıb. 22 yaşlı yarımmüdafiəçi əvvəllər "Bakı", "Lokomotiv" və "Turan Tovuz"da oynayıb.
"Qarabağ"ın yetirməsi olan Tural Rzayevin son iş yeri "Sumqayıt" olub. O, ilk dövrədə 9 Premyer Liqa oyununda forma geyinib. 20 yaşlı hücumçunun Türkiyənin "Mersin İdman Yurdu"na keçidi gözlənilsə də, bu baş tutmamışdı.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol