"Sumqayıt" daha bir futbolçu transfer edib. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi İlqar Hüseynovu heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçinin son iş yeri "Zirə" olub. "Simurq"dan debütanta keçən İlqar bu komandanın əsas heyətində rəsmi oyuna çıxmayıb. Onunla 6 aylıq müqavilə imzalanıb. Adı PFL-dəki sifariş ərizəsinə salınan Hüseynov "Sumqayıt"da 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Suimqayıt" bu qış İlqardan əvvəl Səlahət Ağayevi, Rasim Ramaldanovu, Nicat Muxtarovu, Kənan Manafovu və Vaqif Cavadovu transfer edib.
Fanat.az