"Sumqayıt"ın hücumçusu Amil Yunanov Serbiyanın "Radniçki" klubundan təklif alıb. Azerisport.az saytına açıqlamasında o, bunu özü bəyan edib:
"Radniçki" mənə təklif göndərib. Menecer Boyan İliç mənə zəng etmişdi. Dedi ki, Serbiya klubu məni öz sıralarında görmək istəyir. Amma ona "Sumqayıt"la müqaviləmin olduğunu dedim. Ona görə, "Sumqayıt" rəhbərliyi necə desə, elə də olacaq".
Yunanov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi"yə uduzduqları oyundan da danışıb: "Bu il çempionatdakı ilk oyunumuz idi. Təəssüf ki, oyunumuz yaxşı alınmadı. Artıq bu məğlubiyyəti unudub, növbəti matçlara hazırlaşmalıyıq. Start heyətdə meydana çıxmamağım Vaqif Cavadovun gəlişi ilə bağlı deyil. Həm də biz fərqli mövqelərdə oynayırıq. O, daha çox yaradıcı işlə məşğul olur, mən isə hücumların tamamlanması ilə. Ona görə də ikinci hissədə meydana çıxmağım məşqçilərin taktiki qərarı idi"
Fanat.az