10:04 11.02.2016 759

“Hazırkı mövqe bizə uyğun deyil”

Fevralın ilk ongünlüyü “Qəbələ”nin iki futbolçusu üçün əlamətdar olub. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın iki üzvü ardıcıl ad günlərini qeyd edib.
 
Srağagün polşalı qapıçı David Pietrzkieviç 28 yaşını tamamlayıbsa, dünən Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirov 29-cu ad gününü keçirib. Əvvəllər də “qırmızı-qaralar”ın formasını geyinən, lakin komandadan ayrılan və 2015-ci ilin yayında yenidən kluba dönən oyunçular doğum günlərinə fərqli yanaşsa da, ortaq arzuya malikdilər.
 
Bu tarixi vətəndən kənarda qeyd etməsi adi hala çevrilən polşalı ad günündə arzu da tutduğunu açıqlayıb: “Ad günümü komanda yoldaşlarımla qeyd etdim. Ailəm yanımda olmasa da, artıq buna adət etmişəm. Axı ardıcıl 6-cı ad günümdü ki, evimdən uzaqda qeyd etməli oluram. Yadımdadı, 2 il əvvəl də Qəbələdə idim. İstərdim ki, növbəti ad günlərimi də burada qeyd edim. Bu əlamətdar günlə bağlı əvvəlki illərdən qeyri-adi xatirəm qalmayıb. Hər dəfə eyni şəkildə keçirirəm. Həmin tarixdə meydana çıxdığımı da xatırlamıram. Amma iki il öncə ad günüm ərəfəsində səfərdə “Sumqayıt”la qarşılaşdıq. Yadımdadı ki, 3:0 hesabı ilə qalib gəldiyimiz matçda qapımızı da toxunulmaz saxladım. İndi isə doğum günündən sonra bu rəqiblə oynayacağıq. Yenə eyni hesabla qalib gəlməyimizi istərdim. İndi isə ürəyimdə ad günü arzusu tutdum ki, mövsümü çempion kimi başa vuraq”.

Ad günündə Topaz Premyer Liqasının qızıl medallarını qazanmağı arzulayan qapıçı bu istəyin gerçəkləşməsi üçün mübarizə aparacaqlarını bildirib: “Komandamızın çıxışına gəlincə, hazırda qərarlaşdığımız mövqe bizə uyğun deyil. “Qəbələ” Azərbaycanın ən yaxşı komandalarındandı. Biz də çempionluq uğrunda mübarizə aparırıq. Baxmayaraq ki, liderlə xal fərqimiz var. Bunu aradan qaldırmaq mümkündü. Qarşıda vacib görüşlər var ki, onları da qalib gəlməklə arzumu gerçəkləşdirməyə yaxın olacağıq. Müqaviləm bu ilin yayında bitsə də, “Qəbələ”də qalmaq istəyirəm. Növbəti ad günlərimi də burda qeyd etmək istərdim”.
 
Daşdəmirov ad gününə böyük önəm verməsə də, komanda yoldaşının arzusuna şərikdi. O da “Qəbələ”nin 1-ci yer uğrunda mübarizə aparacağını açıqlayıb: “Mövsümün ikinci yarısına iki səfər oyunu ilə başladıq. Gəncədəki ilk matçımız uğursuz alınsa da, “İnter”lə qarşılaşmada toparlana bildik. Həmin matçda bacarığımızı nümayiş etdirib, vacib qələbə qazandıq. “İnter” zəif komanda deyil. Bu rəqibi məğlub etmək asan olmadı. Amma bunu bacardıq. Şadam ki, 3 xal qazanmaqla azarkeşlərimizi sevindirə bildik. Qarşıda “Sumqayıt”la görüş var. Necə olacağını söyləmək çətindi. Lakin bütün gücümüzü meydanda qoyacağıq ki, yenə qələbə qazanaq. Çünki çox xal itirmişik. Amma komandamız çətinlikləri artıq arxada qoyur. Bu üzdən artıq xal itirməməliyik. Əvvəlki xal itkilərinə baxmayaraq, hədəfimiz dəyişmir. Çempionluq uğrunda mübarizə aparacağıq. Düzdü, liderlə xal fərqini aradan qaldırmaq çətin olacaq. Ancaq qarşıda hələ 16 tur var, bu oyunlar çox dəyişikliyə səbəb ola bilər. Biz də 1-ci yer üçün mübarizəni davam etdirəcəyik”.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X