Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyunda "Zirə" "Rəvan"ı qəbul edib. 3 qolun vurulduğu oyunda "Zirə" qalib gəlib. Hesabı 23-cü dəqiqədə Qol: Nelson Bonilla açıb. 83-cü dəqiqədə Yamin Ağakərimzadə bərabərliyi təmin edib. İki dəqiqə sonra "Rəvan"dan Kənan Müslümov meydandan qovulub və penalti təyin edilib. Topu tora qovuşduran Nelson Bonilla dublunu rəsmiləşdirib və "Zirə"yə qələbə qazandırıb - 2:1.
Qeyd edək ki, trun əvvəlki oyunlarında "Neftçi" "Xəzər Lənkəran"a, "Qəbələ" "Sumqayıt"a 1:0, "Qarabağ" "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib, AZAL - "İnter" görüşündə hesab açılmayıb.
Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXI tur
15 fevral
Zirə - Rəvan 1:0
Qol: Nelson Bonilla, 23; 86-pen - Yamin Ağakərimzadə, 83.
Zirə: 1. Anar Nəzirov, 2. Çimezi Embah, 6. Vüqar Mustafayev, 9. Nelson Bonilla (8. Tərzin Cahangirov, 88), 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 19. Nurlan Novruzov, 32. Luiz Alberto Diez (27. Rəşad Abdullayev, 70), 37. Yovan Krneta, 60. Elvin Məmmədov (28. Təmkin Xəlilzadə, 14).
Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 5. Adil Nağıyev, 17. Nicat Qurbanov, 90. Vüsal İsgəndərli.
Baş məşqçi: Adil Şükürov.
Rəvan: 1. Rəşad Əzizli, 4. Kənan Müslümov, 7. Elvin Həsənəliyev (5. Mirkamil Haşımlı, 67), 8. Məmməd Quliyev, 14. Elvin Əliyev, 15. Ceyhun Abdullayev (11. Elnur Abdulov, 75), 16. Orxan Lalayev, 19. Hüseyn Axundov (9. Nuran Qurbanov, 10), 21. Novruz Məmmədov (k), 92. Yamin Ağakərimzadə, 99. Əziz Hüseynov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 38. Zeki Sinan Akkoyun, 39. Əlibəy Məmmədli, 98. Ülvi Kələşov.
Baş məşqçi: Bəhmən Həsənov.
Sarı vərəqələr: Viktor İbekoyi, 17 (qeyri-idman hərəkəti). Təmkin Xəlilzadə, 63 (qeyri-idman hərəkəti) - Kənan Müslümov, 27 (qeyri-idman hərəkəti); 85 (qeyri-idman hərəkəti). Orxan Lalayev, 71 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Kənan Müslümov, 85.
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu. 600 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 21 | 13 | 5 | 3 | 33-14 | 44 |
2 | Zirə | 21 | 10 | 8 | 3 | 22-15 | 38 |
3 | Qəbələ | 21 | 9 | 7 | 5 | 26-16 | 34 |
4 | Kəpəz | 21 | 8 | 8 | 5 | 25-19 | 32 |
5 | İnter | 21 | 8 | 7 | 6 | 19-15 | 31 |
6 | Neftçi | 21 | 8 | 7 | 6 | 22-19 | 31 |
7 | AZAL | 21 | 7 | 5 | 9 | 12-19 | 26 |
8 | Sumqayıt | 21 | 3 | 9 | 9 | 23-32 | 18 |
9 | Xəzər Lənkəran | 21 | 3 | 4 | 14 | 10-28 | 13 |
10 | Rəvan | 21 | 2 | 8 | 11 | 14-29 | 8 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 8. Ruslan Qurbanov (Neftçi) - 7. Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ), Nelson Bonilla (Zirə) - 6. |
Fanat.az