Topaz Premyer Liqasında XXII turun oyunları davam edir. Fanat.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Günə "Sumqayıt" - AZAL oyunu ilə start verili. İki qolun vurulduğu oyunda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Hesabı 32-ci dəqiqədə Murad Ağayev açıb. 3 dəqiqə sonra isə Ağabala Ramazanov fərqlənib. Bununla "Sumqayıt" ardıcıl 3 məğlubiyyətdən sonra qələbə qazanıb.
Günün ikinci oyununda "Qarabağ" "Neftçi"ni qəbul edib. Bütün çempionatların iştirakçısı olmuş komandaların duelində də iki qol vurulub və "Qarabağ" qələbə qazanıb - 2:0. Hesabı 8-ci dəqiqədə Samuel Armenteros açıb. 80-ci dəqiqədə isə Dani Kintana fərqlənib.
Qeyd edək ki, tura dünən start verilib və ilk oyunda "İnter" "Kəpəz"ə qalib gəlib - 1:0. Qalan iki oyun sabah baş tutacaq. "Xəzər Lənkəran" "Zirə"ni, "Rəvan" "Qəbələ"ni qəbul edəcək.
Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXII tur
20 fevral
Sumqayıt - AZAL 2:0
Qollar: Murad Ağayev, 32. Ağabala Ramazanov, 35.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 10. Uğur Pamuk (39. Emin Mehdiyev, 76), 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov (8. Nicat Muxtarov, 79), 97. Xəyal Nəcəfov (22. Tofiq Mikayılov, 89), 99. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 25. Ayaz Mehdiyev.
Baş məşqçi: Samir Abbasov.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 6. Tagim Novruzov, 10. Nuqzar Kvirtiya, 22. Kamal Mirzəyev (77. Adan Koronado, 46), 23. Hacı Əhmədov (19. Məhəmməd Bədəlbəyli, 83), 24. Emin Cəfərquliyev, 27. Aleksandr Quruli, 88. Mirzağa Hüseynpur (11. Ruslan Nəsirli, 60).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Qvanzan Maqomedov, 17. Elmin Çobanov, 20. İsmayıl İbrahimli,.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Ağabala Ramazanov, 49 (qeyri-idman hərəkəti) - Nuqzar Kvirtiya, 47 (qeyri-idman hərəkəti). Tural Hümbətov, 49 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mahir Məmmədov.
AFFA nüməyəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Kapital Bank Arena”. 1500 tamaşaçı.
Qarabağ - Neftçi 2:0
Qollar: Samuel Armenteros, 8. Dani Kintana, 80.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera (2. Qara Qarayev, 60), 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (99. Muarem Muarem, 64), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros (15. Rahid Əmirquliyev, 81), 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. Aqil Məmmədov, 3. Filyo Rodriges, 5. Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli (8. Elşən Abdullayev, 29), 20. Anete, 26. Kamal Qurbanov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 18. Elşən Rzazadə, 22. Mirabdulla Abbasov, 61. Təyyar Məmmədov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Əsgər Abdullayev.
Sarı vərəqələr: Riçard Almeyda, 60 (qeyri-idman hərəkəti) - Fəhmin Muradbəyli, 22 (rəqibə badalaq). Aylton Silva, 26 (bilərəkdən əl ilə oyun). Erik Ramos, 35 (qeyri-idman hərəkəti); Kamal Qurbanov, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nüməyəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Məlik Həsənov.
“Azərsun Arena”. 3000 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 22 | 14 | 5 | 3 | 35-14 | 47 |
2 | Zirə | 21 | 10 | 8 | 3 | 22-15 | 38 |
3 | İnter | 22 | 9 | 7 | 6 | 20-15 | 34 |
4 | Qəbələ | 21 | 9 | 7 | 5 | 26-16 | 34 |
5 | Kəpəz | 22 | 8 | 8 | 6 | 25-20 | 32 |
6 | Neftçi | 22 | 8 | 7 | 7 | 22-21 | 31 |
7 | AZAL | 22 | 7 | 5 | 10 | 12-21 | 26 |
8 | Sumqayıt | 22 | 4 | 9 | 9 | 25-32 | 21 |
9 | Xəzər Lənkəran | 21 | 3 | 4 | 14 | 10-28 | 13 |
10 | Rəvan | 21 | 2 | 8 | 11 | 14-29 | 8 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 8. Ruslan Qurbanov (Neftçi), Dani Kintana (Qarabağ) - 7. Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ), Nelson Bonilla (Zirə) - 6. |
Qeyd: | FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib. |
Fanat.az