“Sumqayıt” bizdən 8 xal geridə idi. Rəqibin meydana qələbə üçün çıxacağını başa düşürdük”. Fanat.az xəbər verir ki, bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasının XXII turu çərçivəsində”Sumqayıt”ın qonağı olan AZAL meydandan məğlub ayrılıb – 0:2. Matçdan sonra fikirlərini bölüşən “təyyarəçilər”in çalışdırıcısı məğlubiyyəti belə şərh edib: “Sumqayıt” yaxşı oyun göstərdi və əla mübarizə apardı. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyun mənasında 75-ci dəqiqəyə kimi heç nə göstərə bilmədik. Son turlarda 2 qələbə və 1 heç-heçəmiz var idi. Bu gün də qalib gəlmək istəyirdik, amma alınmadı. İki aparıcı futbolçumuz – Murad Səttarlı və İlqar Ələkbərovun xidmətindən bu gün istifadə edə bilmədik. Yeni gələnlərdən Hacı Əhmədov hələ komandaya tam uyğunlaşmayıb. Bu amillər özünü nəticədə göstərdi”. (CBC-Sport)
Fanat.az