Dünən "Sumqayıt"da debüt edən Rasim Ramaldanov AZAL-la oyunda 90 dəqiqə meydanda olub. Fanat.az xəbər verir ki, 2:0 hesablı qarşılaşmanın memarlarından olan millimizin sabiq üzvü oyundan sonra fikirlərini bildirib:
"Komanda yoldaşlarıma münasibətim yaxşıdı. Bu səbəbdən uyğunlaşmağım üçün heç bir problem olmadı.
Oyuna gəlincə, pis çıxış etmədik. Əsas üç xaldı və onu da əldə etdik. Çətinliklərin olmasına baxmayaraq, əzmkar oyun nümayiş etdirdik. Mövsümün ikinci yarısında keçirdiyimiz dörd oyunda ilk qələbəmizi qazandıq. Hesab edirəm ki, digər oyunlarda çatışmazlıqlar vardı. Hardasa bəxt amili də rol oynayırdı. Yəqin ki, bundan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik".
Deməzdim ki, "Sumqayıt" pis komandadı. Hamısı futbol oyanayan uşaqlardı. Hər şey qaydasındadı. Çalışacağıq ki, bundan da yaxşı oyunlar göstərək. "Sumqayıt"a iddiasız komanda demək olmaz. Hamısı demək olar ki, eyni səviyyədə oynayan futbolçulardı.
Müqaviləm yayda bitəcək. Yaxşı oyun nümayiş etdirim, bu komandada qalıb oynayaram. Ölkə xaricində çıxış etmək məsələsi də vardı. Ancaq məsləhət gördülər ki, burada qalım".
Fanat.az