Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi bədii gimnastika üzrə Avropa çempionatı başlayıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının cümə günü yaydığı məlumatda bildirilir.
Səhər sessiyasında bütün diqqət yeddinci nömrə altında beş halqa ilə çıxış edəcək qrup tapşırıqları üzrə yeniyetmələrdən ibarət komandaya yönələcək.
Axşam sessiyasında isə xalça üzərinə Marina Durunda və Lalə Yusifova çıxacaqlar. Onlar öncə topla, daha sonra halqa ilə kompozisiyalar yerinə yetirəcəklər. Gimnastlar fərdi finallara çıxmaq üçün mübarizə aparacaqlar. Bundan əlavə, idmançıların nəticələri ümumi komanda hesabına gedəcək.
İdman24.az