11:56 25.02.2016 614

AFFA-ya deyin, bağlasın belini...

Etibar Cəbrayıloğlu


Nə gizlədim, adam lap təzədən evlənmək istəyir. İdman saytlarında yeni şadlıq evi - təzə Olimpiya stadionu barədə yazılanları oxuyandan sonra dost-tanışı başıma yığıb toy eləmək fikrim gündən-günə daha da güclənir.


Futbolumuza cavabdeh olanların Allah canlarını sağ eləsin, idmanın gül kimi növünə elə toy tutdular ki, axırda o cür möhtəşəm Olimpiya stadionundan da şadlıq evi düzəltdilər. Düzdü, hələ ki, adı elə stadion kimi qalıb, yəni “Leyli və Məcnun" şadlıq sarayı demirlər. Amma nə bilmək olar...


Belə götürəndə “Nou Kamp"ı da şadlıq sarayı kimi yox, elə stadion kimi tanıyırlar. Lakin Messinin, Neymarın, Arda Turanın tər iyi meydançadan çəkilməmiş orda toy-nişan mərasimləri keçirir, deyəsən, heç pis də qazanmırlar. Bu dəqiqə vəziyyət elədi ki, qəpik-quruş da dərdə dərmandı.


Ola bilsin gənclər və idman nazirinə inanmayasız, mənim isə sözümün doğruluğuna tam inana bilərsiz. Dostum Bəxtiyar iki il öncə İspaniyaya gedib dincələndə “Nou Kamp"a da baş çəkmişdi. Həmin gün “Barselona"nın oyunu olmasa da, dostum üçün darıxdırıcı keçməmişdi. Bəxti gətirdiyindən, stadionda keçirilən çal-çağır məclisində iştirak etmişdi. Meyvəli tortdan dadandan sonra bilmişdi ki, bu, elə-belə məclis deyil, Suaresin bacısı oğlu ilə Busketsin dayısı qızının göbək kəsdisidi.


Sözün açığı, “Nou Kamp" kimi bahalı yerdə toy eləməyə gücüm çatmaz. Dost-tanışa arxayın olub bizim Olimpiya stadionunda yaxşı məclis qura bilərəm. Hər halda, ora dəvət etdiyim insanlar toya əliboş gəlməyəcəklər ki... İndi hamı bilir ki, “Səringül" şadlıq evində bir adamın xərci 100 AZN-di, o yekəlikdə Olimpiya stadionunda havayı olmaz.


Stadiondakı menyü elə nəyə desən, dəyər. Toyun əvvəlində masaların üstünə “Aut", “Ofsayt" salatları düzülür. Sonra isti yeməklər gəlir, “Penalti" kababının dadı hamını valeh edir. Hələ kababın üstünə “Hakimlər Komitəsi" istiotu vuranda adam az qalır barmaqlarını yalasın. İçkilər də göz qamaşdırır - “Çertaqanov" arağı, “Souza" viskisi, “Şükürov" çaxırı...


Toyun şirin yerində Səməd Səmədov guya oxuduğu mahnını yarımçıq kəsir, stadionda işıqlar sönür və məlum olur ki, meydana yeməklərin şahı - aş gəlir. Aşı da kim gətirsə yaxşıdı, rəqqasə Məryəm.


Səməd Səmədov fit çala-çala deyir ki: 


Pəncərədən daş gəlir, 

Xumar gözdən yaş gəlir. 

Meydana aş gəlir.


Toyun sonuna yaxın “Qırmızı vərəqə" dondurması adamın ürəyinə yağ kimi yayılır. Tortu da künc nöqtəsinə yaxın yerdən gətirirlər. Nəsə fısqırıq bir şey.


Belə getsə, fikrim qətiləşəcək. Dost-tanışı Olimpiya stadionuna yığacam. Dəvətnamənin üstündə yazılacaq şeiri də düşünmüşəm:


Yetişdi toy axşamı, 

Durun, yandırın şamı. 

Gəlinə bəzək vurun,

Gəlir FİFA adamı.

PFL tərifləsin bizim gəlini, 

AFFA-ya deyin bağlasın belini...


“Het-trik news”

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X