Topaz Premyer Liqasında legioner futbolçuların sifarişi üçün tətbiq olunan rüsum azaldılır. Fanat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verən Musayev bildirib ki, məsələ komitənin iclasında müzakirə olunub və yekun qərarı AFFA İcraiyyə Komitəsi verəcək. PFL rəhbəri qərarın verilmə səbəbini də açıqlayıb. Onun sözlərinə görə, klubların maliyyə vəziyyəti yaxşı olmadığından belə bir qərar qəbul olunub.
Qeyd edək ki, hazırda legionerlər üçün rüsum 20 min manatdı. Növbəti mövsümdən bu məbləğ 5 min manat olacaq.
Fanat.az