AFFA 3 kluba texniki məğlubiyyət verib.
Fanat.az xəbər verir ki, U-14 liqasında "Xəzər Lənkəran"la qarşılaşan “Dalğa”nın (Lənkəran) heyətində yetər sayın olmayıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 liqasında isə “Həkəri” (Qubadlı) “Sumqayıt”la, “Zirvə” (Xırdalan) - “Gənclik-95”lə (Sumqayıt) oyunda iştirak etmədiyi üçün eyni cəzanı alıb.
Fanat.az