“Oyunun bu cür keçəcəyini bilirdik. "Qarabağ"dan belə oyun gözləyirdik. Ən az heç-heçə etmək istəyirdik”. Fanat.az xəbər verir lo, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsi ilk qarşılaşmaları çərçivəsində “Qarabağ”la qarşılaşan “kimyaçılar”ın çalışdırıcısı matçı belə şərh edib: “Təəssüf ki, iki qol buraxdıq. Cavab oyununda şanslarımızdan maksimum istifadə edərək, mərhələ keçməyə çalışacağıq”.
- Komanda əvvəlkinə nisbətən baxımlı oyun sərgiləmir...
- Bu gün sırf nəticəyə oynayırdıq. Qış fasiləsindən sonra doğrudan da yaxşı oyun sərgiləmirik. Dəyişən heç nə yoxdu. Qış fasiləsində yeni transferlər etdik. Ancaq görünən odu ki, komanda güclənməyib, əksinə, zəifləyib. Bunun səbəbini mən də bilmirəm.
- Oyundan sonra hakimlərə etiraz edirdiz...
- Hakimlik barədə danışmaq istəmirəm. Etiraza səbəb, bizim lehimizə penalti verilməməsi idi.(komanda.az)
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol