"Xəzər Lənkəran" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Elbrus Məmmədov Nodar Məmmədovun xidmətindən məhrum olub.
Belə ki, futbolçu cəzalı duruma düşüb. AZAL-la oyunun 35-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Nodar sarı vərəqə limitini doldurub. Cari mövsümdə 4-cü "sarı"nı alan Məmmədov XXV turda "Kəpəz"ə qarşı oynamayacaq.
Qeyd edək ki, Nodar sarı vərəqələrdən ikisini mövsümün ilk yarısında "Sumqayıt"ın heyətində alıb.
Fanat.az