Topaz Premyer Liqasında antirekord qeydə alınıb. Fanat.az xəbər verir ki, cari mövsümün ən az azarkeş gəldiyi oyun baş tutub.
Belə ki, XXIV turun son oyununda "Rəvan" "Kəpəz"i qəbul edib. Qonaqların 3:1 hesablı qələbə qazandığı qarşılaşmanı cəmi 80 nəfər izləyib. Bu isə mövsümün antirekordudu.
Bundan əvvəl ən az azarkeş V turun AZAL - "İnter" oyununda olmuşdu - 100 nəfər. XIV turun AZAL - "Sumqayıt" matçını isə 150 nəfər izləyib.
Mövsümün ən çox azarkeş toplaşan oyunları isə Gəncədə baş tutub. Belə ki, XXIV turun "Kəpəz" - "Qarabağ" matçında stadiona 20400, V turun "Kəpəz" - "Qarabağ" görüşündə 20000, VII turun "Kəpəz" - "Sumqayıt" və IX turun "Kəpəz" - "Xəzər Lənkəran" qarşılaşmalarında isə 18000 nəfər toplaşıb.
Qeyd edək ki, XXIV turun 5 oyununu ümumilikdə 8580 nəfər izləyib.
Fanat.az