AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Komitə "Sumqayıt"ın baş məşqçisi Samir Abbasova 5 oyunluq cəza verib. Buna səbəb onun "Qarabağ"la oyun başa çatdıqdan sonra meydançaya daxil olaraq hakimlər briqadasın təhqir etməsi olub. 5 oyunluq cəzalanan baş məşqçi klubu 5000 manat ziyana salıb.
"Xəzər Lənkəran" azarkeşlərinə görə cəzalanıb. Belə ki, fanatlar "Neftçi" ilə oyunun ilk yarısında pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən klub 1000 manat cərimələnib.
"İnter" isə 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəyəcək.
Fanat.az