"Simurq"un Premyer Liqanın VI turunda "Sumqayıt"la keçirəcəyi oyuna ev sahibliyi edəcək stadion müəyyənləşib. Fanat.az xəbər verir ki, Zaqatala klubu rəqibini yenə Qəbələ şəhər stadionunda qəbul edəcək.
Buna səbəb Zaqatala şəhər stadionunda təmir işlərinin aparılmasıdı. "Simurq"un doğma şəhərə nə vaxt dönəcəyi hələ bilinmir.
Qeyd edək ki, "Simurq" I turda "Rəvan"ı da Qəbələdə qəbul etmişdi. Zaqatala klubu cari mövsümdə ikinci ev oyununu "Şəfa"da keçirib və "Bakı"nı qəbul edib.
Fanat.az