"İsrail - Azərbaycan oyununu izlədim. Milli komandanız güclü rəqiblə layiqli mübarizə apardı". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.
Braziliyalı millinin inkişafının çempionata bağlı olduğunu bildirib: "Məncə, bu inkişafın əsas səbəblərindən biri də milli çempionatın səviyyəsinin yüksəlməsidi. Bunda müəyyən qədər biz legionerlərin də rolu var. Son oyunlar göstərir ki, Azərbaycan millisində inkişaf gedir. Bu bütün ölkələrdə belədi. "Neftçi"nin heyətində çoxlu sayda gənc yerli futbolçular oynayır. Düşünürəm ki, onlar da gələcəkdə milli komandaya cəlb olunacaq".
Fanat.az