Topaz Premyer Liqasında XXV turun hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "Qəbələ" - "Zirə" görüşü Fariz Yusifova tapşırılıb.
FIFA referisi Əliyar Ağayev AZAL - "Neftçi" matçında fit çalacaq. Digər beynəllaxlq dərəcəli hakimimiz Orxan Məmmədov "İnter" - "Rəvan" oyununa təyinat alıb.
Bu mövsümdən Premyer Liqaya təyinat alan Rəvan Həmzəzadə "Kəpəz" - "Xəzər Lənkəran" görüşünü idarə edəcək. "Sumqayıt" - "Qarabağ" matçında isə ədaləti İnqilab Məmmədov qoruyacaq.
13 mart
15.00 Kəpəz - Xəzər Lənkəran
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev.
Gəncə şəhər stadionu.
15.00 AZAL - Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov.
"AZAL Arena".
15.00 Qəbələ - Zirə
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu (canlı/CBC Sport).
15.00 İnter - Rəvan
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.
“İnter Arena”.
17.30 Sumqayıt - Qarabağ
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov.
“Kapital Bank Arena” (canlı/CBC Sport).
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol