Nikolas Kanales qol orucunu pozub. Fanat.az xəbər verir ki, çilili forvard təxminən 10 aydan sonra qol sevinci yaşayıb.
AZAL-la Premyer Liqa oyununda meydana çıxan Kanales 60-cı dəqiqədə fərqlənərək komandasına bir xal qazandırıb - 1:1. Bu onun 318 gün sonra rəsmi oyunlarda ilk qolu olub. Belə ki, Kanales ötən ilin 1 mayında "Sumqayıt"ın qapısına yol tapmışdı. Həmin qarşılaşmanın 14-cü dəqiqəsində fərqlənən 32 yaşlı forvard ilk yarının sonunda qırmızı vərəqə almışdı.
Fanat.az