16:09 14.03.2016 823

"Neftçi"nin qol tarixi: 24 mövsüm, 52 rəqib, 121 futbolçu

Topaz Premyer Liqasının dünən keçirilən XXV turu “Neftçi” üçün tarixi hadisə ilə əlamətdar olub. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin çilili hücumçusu Nikolas Kanales klubun Azərbaycan çempionatlarında 1200-cü qolunu vurub. 


1992-ci ildən keçirilən yarışın iki daimi iştirakçısından biri olan “ağ-qaralar” AZAL-la matçadək 681 oyunda 1199 qol (texniki nəticələr nəzərə alınmamaqla) sevinci yaşamışdı. "AZAL Arena"da bərabərlik qolunu vurub, 1:1 hesabını rəsmiləşdirən Kanales 1200-cü topun müəllifi olub. Bakılılar bu toplardan 695-ni evdə, 485-ni səfərdə, 20-ni neytral meydanlarda vurublar. Azərbaycan çempionatlarında ən çox qol vuran komandanının 1200 topu rəqiblər, futbolçular, mövsümlər və yubileylər baxımından belədi:


Bombardirlər: “Neftçi”nin futbolçuları 1183 qol vurub və 17 dəfə də rəqiblərin avtoqollarına sevinib. Paytaxt təmsilçisinin heyətində indiyədək 121 futbolçu qol vurmağı bacarıb. “Ağ-qaralar”ın çempionatdakı 10 ən yaxşı bombardiri siyahısına Samir Ələkbərov (99), Qurban Qurbanov (66), Yunis Hüseynov (58), Nazim Əliyev (42), Bahodir Nasimov, Nikolas Kanales (hər ikisi 38), Nadir Nəbiyev (37), Vadim Vasilyev (32), Branimir Subaşiç, Flavinyo (hər ikisi 31) daxildi. Bu siyahıda yalnız Kanales karyerasını “Neftçi”də davam etdirir ki, 1200-cü qolun müəllifi də öz hesabına 38-ci topu yazaraq 5-ci pilləyə şərik olub.


Rəqiblər: “Neftçi” ölkə çempionatlarında qarşılaşdığı bütün komandalara qol vurub. 52 rəqibin qapısına yol tapan “ağ-qaralar”ın ən çox məyus etdiyi 10 komanda siyahısında “Bakı” (70), “Turan” (69), “Kəpəz” (63), “İnter” (62), “Qarabağ” (59), “Şahdağ” Qusar (49), “Xəzər” Sumqayıt (47), MOİK (46), AZAL (45), “Xəzər Lənkəran” (42) yer alıblar.


Mövsümlər üzrə: “Neftçi” bir mövsümdə 100-dən daha çox qol vuran yeganə komanda (həmin mövsümdə “Xəzər” 100 qol vurub) adını qazandığı 1992-ci ildə 104 dəfə fərqlənib. “Ağ-qaralar” 1996/97 mövsümündə 98, 1998/99 mövsümündə 65, 2003/04 mövsümündə 62, 1994/95 və 1995/96 mövsümlərində 60 qol vurmağa nail olublar. Bakılılar digər mövsümlərdə ən azı 25 dəfə fərqləniblər: 2012/13 – 59, 2011/12 – 55, 2010/11 – 53, 2000/01, 2004/05, 2005/06 – hərəsində 51, 2013/14 – 48, 2006/07 – 47, 2007/08 – 39, 2014/15 – 38, 2003/04, 2007/08 – hərəsində 37, 1993 – 36, 2001/02, 1999/2000 – hərəsində 35, 2008/09 – 30, 2009/10 – 25. Cari  - XXIV çempionatda 24 qol vuran paytaxt klubu antirekordunu arxada qoymaq üçün 2 dəfə rəqib qapılarına yol tapmalıdır.


Yubileylər: Kanales “Neftçi”də yubiley qolu vuran 5-ci legionerdi. Aleksey Stukas 500-cü, Stenli Udenkvor 700-cü, Adrian Neaqa 900-cü, Melvin Platye 1100-cü qolun müəllifi olmuşdu. Hollandiyalının müəllifi olduğu yubileydən növbəti əlamətdar qoladək 913 gün keçib. “Neftçi”nin ilk qolu isə 1200-cüdən 8710 gün öncə - 1992-ci il mayın 3-də Sumqayıt “Xəzər”i ilə oyunda qeydə alınıb. Bakılılara 1:0 hesablı qələbəni Yunis Hüseynovun penalti zərbəsi qazandırıb.


qol

Tarix

oyun

futbolçu

1

08.05.1992

Neftçi - Xəzər S 1:0

Yunis Hüseynov, 87

100

13.10.1992

İnşaatçı S - Neftçi 0:1

Samir Ələkbərov*

200

23.10.1994

Xəzər L - Neftçi 0:3

Mais Əzimov*

300

18.09.1996

Fərid - Neftçi 0:3

Yaşar Vahabzadə, 65

400

27.09.1997

Neftçi - Dinamo 2:0

Qurban Qurbanov, 72

500

31.10.1999

Neftçi - Kəpəz 3:1

Aleksey Stukas, 85

600

25.11.2001

Xəzər Universiteti - Neftçi 0:2

Vadim Vasilyev, 75

700

13.12.2004

Neftçi - Kəpəz 2:0

Stenli Udenkvor, 49

800

10.11.2006

Bakı - Neftçi 0:1

Aqil Məmmədov, 4

900

22.08.2009

Neftçi - Turan 2:0

Adrian Neaqa, 3

1000

04.12.2011

Neftçi - Simurq 4:2

Araz Abdullayev,10, 36

1100

12.09.2013

Neftçi - İnter 3:1

Melvin Platye, 45+1

1200

13.03.2016

AZAL - Neftçi 1:1

Nikolas Kanales, 60


* - oyunun protokollarında qolların dəqiqəsi yazılmayıb.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X