15:33 29.03.2016 820

Elxan Məmmədov indi də menecerlik edir

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Cəfərovun “Ovyedo”ya keçidi reallaşır. Cənubluların 30 min dollar transfer haqqı istədiyi oyunçunun problemini AFFA həll edəcək.
 
İspanlar Elnur üçün xərcə düşməkdən imtina edib. Onlar perspektivinə çox da inanmadığı futbolçunu yalnız azad agent kimi sıralarında görmək, qarşıdakı bir ildə onu sınamaq niyyətindədilər. Lənkəranlıların kompensasiyadan vaz keçməmələri isə problemi yoluna qoymaq üçün AFFA-nı hərəkətə keçirib. Assosiasiya rəsmiləri milli komandanın mənafeyini düşünərək, həm də hansısa oyunçumuzun İspaniya sequndasında çıxış etmək perspektivini nəzərə alaraq futbolçunun xərclərini ödəməyi lazım bilib.
 
Amma AFFA-nın bəzi rəsmilərinin bu keçiddə də marağı var. Onlar həm də öz qazanclarını düşünərək bu işə qol qoyublar. Elnurun legioner karyerasını başlatmaqla həm onun maaşından həmin məbləği tutmaq, həm də qarşıda yeni müqavilə olduqda mümkün transferdən pay götürmək istəyirlər. “Ovyedo”yla müqaviləyə xüsusi bənd salınacaq, orada Cəfərovun digər kluba transferi halnda əldə ediləcək gəlirdən müəyyən faiz götürüləcək.
 
Təbii ki, bunu AFFA edə bilməz. Futbolçunun meneceri kimi Riad Rəfiyev göstəriləcək və onun çalışdığı menecer şirkəti danışıqlarda iştirak edəcək. Həmin şirkətin adını dəqiqləşdirə bilməsək də, AFFA-nın baş katibi Elxan Məmmədova məxsus olduğu deyilir. Riad bəyi isə istənilən tədbirdə baş katibin yanında görmək mümkündü. Çünki o, əsas milli komandamızın da meneceridi.
 
Bu, Rəfiyevin ilk belə işi deyil. Riad bəy yığma komandalar üçüm milliləşdirilmiş əksər futbolçuların agentidi və onları klublarımızda baş katib vasitəsi ilə yerləşdirir. “Sumqayıt”da, “Neftçi”də və başqa klublarımızda oynayan əksər əcnəbi-azərbaycanlılar onun vasitəsi ilə ölkəmizə gəlib. Əli Gökdəmir, Cihan Özkara, Murad Hüseynov, Rüfət Dadaşov kimi lazımsız əcnəbilər də onun bığının altından keçib.
 
Riad Rəfiyevin hələlik son kəşfi Pavel Paşayevdi. Millimizə bu adamın vasitəsi və hamisinin dəstəyi ilə gələn futbolçu artıq yükdən başqa bir şey deyil. Bu futbolçu vaxtilə “Qəbələ”yə təklif olunsa da, klub transferdən imtina etmişdi. Bu qış isə Pavel nəhayət ki, “qırmızı-qaralar”a qoşuldu. Ancaq indi o, Rəfiyevin deyil, “Qəbələ”nin məşqçilər korpusuna yaxın olan bir ukraynalı menecerin vasitəsi ilə ölkəmizə gəlib. Pavelin transferinin uzun müddət yubanmasının da səbəbi bu idi. Riad Rəfiyev bu transferdən qazana bilmədiyi üçün futbolçunu baş katibin tapşırığı ilə “Sumqayıt”a yerləşdirmək istəyirdi. Əmin olun ki, Paşayev ehtiyatda oturmağa davam edəcəyi halda, yayda “gənclik şəhəri” təmsilçisinə köçəcək.
 
Elə bu məqama görə Pavel Paşayevin “Qəbələ”də bir oyuna çıxmadan niyə milliyə çağırılması aydınlaşır. Futbolçunun reklamı davam etməli və onun dəyəri aşağı düşməməlidi. Milli komandanın baş məşqçisi Robert Prosineçki isə sözəbaxandı və Azərbaycana elə həmin menecer şirkətinin xətti ilə gəlib. Məşqçi özlərinin, futbolçu özlərinin, komanda özlərinin – bazar olsun!
 
Eyni şey indi Elnur Cəfərov üçün planlaşdırılıb. Futbolçu “Ovyedo”ya verilir, sonra isə hansı formada, hansı vəziyyətdə olmasından asılı olmayaraq, milliyə çağırılır. Belədə ispanların onu kiməsə satması nisbətən asanlaşır, təbii ki, buna görə Riad Rəfiyevə də, “krışa”sına da faizlər gəlir. Görüntü “Azərbaycan futbolu naminə” olur, əslində isə hətta futbolçunun da taleyi ilə oynayıb pul qazanırlar. Axı, heç kimə sirr deyil ki, Elnur hər nə qədər istedadlı olsa da, İspaniyada oynayacaq səviyyədə deyil. Hətta o səviyyəsi olsa da, dil, mühit, yaşam tərzi kimi amillər Cəfərova çox mane olacaq.
 
P.S.: Riad Rəfiyev futbola təsadüfən gəlməyib. Onun atası Rasim Rəfiyev vaxtilıə “Neftçi”nin prezidenti olub. Yadımdadı, 1998-ci ildə Əhməd Ələsgərov milli komandaya, daha sonra “Neftçi”yə onun dəvəti ilə gəlmişdi. O zaman mən tanınan məşqçi ilə müsahibəni rəhmətlik Rasim bəyin yanında, Respublika stadionunun həyətində götürmüşdüm. Yanımızda bir uşaq da əyləşmişdi. “Riad” deyə çağırılan həmin uşağın kim olduğunu çox sonralar bildim. Onun adını daşıyan turizm şirkətin reklamını “Neftçi” formalarının üzərində görəndən sonra...

"Neftçi" ölkə kubokunu qazananda onun 6 yaşı var idi


futbolinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X