Premyer Liqanın XXVIII turunda "Xəzər Lənkəran" üzərində qələbə qazanan "Sumqayıt" heyətinə indidən əl gəzdirməyə başlayıb. Fanat.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov üç futbolçunu komandadan qovub.
Əldə etdiyimiz məlumata görə, bunlar Tofiq Mikayılov, Emin Mehdiyev və Uğur Pamukdu. Hər üç futbolçu ilə qarşılıqlı razılıq əldə olunub. Abasov futbolçuların çıxışından narazıdı və ayrılığın səbəbi də budu.
Qeyd edək ki, "Sumqayıt" hazırda 28 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.(sport7.az)
Fanat.az