18:23 08.04.2016 763

"Qarabağ" "Kəpəz"ə dərs keçdi: ardıcıl 2-ci darmadağın

Topaz Premyer Liqasında XXIX tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə oyununda son çempion və turnir cədvəlinin hazırkı lideri "Qarabağ" "Kəpəz"i qəbul edib. Ötən tur AZAL-a 0:3 hesabı ilə yenilən Gəncə klubu ardıcıl ikinci oyunda darmadağın edilib. Bu dəfə hesab daha böyük olub - 0:4. 17-ci dəqiqədə Tural Axundov qapıları səhv salaraq avtoqol müəllifi olub. 43-cü dəqiqədə Dani Kintana fərqi artırıb. 62-ci dəqiqədə Mahir Mədətov, əlavə vaxtda Samuel Armenteros fərqlənib.

Beləliklə, "Qarabağ" qələbə seriyasını 8-ə çatdırıb. Ağdam klubu son 6 Premyer Liqa və bu müddətdə baş tutan 2 kubok oyununda qələbə qazanıb. Ağdamlıların məğlubiyyətsiz oyunlar seriyası isə 12-yə (10 çempionat, 2 kubok matçı) çatıb. Qurban Qurbanovun komandası sonuncu dəfə XIX turun yanvarın 31-də baş tutan AZAL-la oyunda məğlub olub. 

"Qarabağ"ın cari mövsümdə "Kəpəz" üzərində tam üstünlüyü var. Belə ki, mövsümün hər 4 oyununda ağdamlılar qələbə qazanıb - 3:2, 3:0, 2:1, 4:0.

Qurban Qurbanovun yetirmələri bu matçda qalib gəlməklə həm də ilk üçlükdəki yerini təmin edə bilər. “İnter”in məğlubiyyəti və ya “Qəbələ”nin xal itirməsi halında “Qarabağ” mükafatçılar sırasına düşməyi, eyni zamanda avrokuboklara getməyi təmin edəcək.

Qeyd edək ki, turun 2 oyunu sabah, 2-si bazar günü baş tutacaq.

Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXIX tur

8 aprel
Qarabağ - Kəpəz 4:0
Qollar: Tural Axundov, 17 (avtoqol). Dani Kintana, 43. Mahir Mədətov, 62. Samuel Armenteros, 90+3.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera (91. Coşqun Diniyev, 74), 9. Reynaldo Silva (99. Muarem Muarem, 64), 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (90. Samuel Armenteros, 78), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov (23. Tural Nərimanov, 82), 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 19. Orxan Əliyev (6. Ceyhun Cavadov, 65), 25. Şəhriyar Əliyev, 27. Bəxtiyar Soltanov (80. Tural Rzayev, 64), 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 15. Azad Kərimov, 21. Xəzər Qəribov, 99. Əli səmədov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Migel Madera, 32 (qeyri-idman hərəkəti). Rəşad Sadıqov, 61 (qeyri-idman hərəkəti) - Budaq Nəsirov, 40 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Asim Xudiyev.
"Azərsun Arena". 3153 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

29

20

6

3

53-18

66

2

Zirə

28

15

8

5

34-22

53

3

İnter

28

12

9

7

26-18

45

4

Kəpəz

29

12

9

8

35-30

45

5

Qəbələ

28

11

9

8

32-23

42

6

AZAL

28

11

6

11

22-27

39

7

Neftçi

28

9

8

11

27-31

35

8

Sumqayıt

28

6

10

12

29-38

28

9

Xəzər Lənkəran

28

3

5

20

12-38

14

10

Rəvan

28

3

8

17

19-44

11

Bombardirlər

Nelson Bonilla (Zirə) - 10. Riçard Almeyda (Qarabağ), Dani Kintana (Qarabağ), Ruslan Qurbanov (Neftçi) - 9. Aleksey Antonov (Qəbələ), Amil Yunanov (Sumqayıt), Samuel Armenteros (Qarabağ) - 7.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X