"Çətin oyun olacağını bilirik. "İnter"in zəif çıxışı bizi arxayınlaşdırmır. Rəqibə hörmətlə yanaşırıq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəşad Sadiqov deyib.
Kapitan yalnız qələbə haqqında düşündüklərini bildirib: "Komanda olaraq yalnız qələbəyə köklənmişik. Sabahkı oyunda azarkeşlərimizin güclü dəstəyinə ehtiyacımız olacaq. İnanıram ki, qələbə qazanıb turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıracağıq".
Fanat.az