Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə AZAL-a 0:1 hesabıyla məğlub olan "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Abbasov komandasının oyunundan razı qaldığını deyib:
"Deyiləsi çox şey yoxdu. AZAL-ı təbrik edirəm. Komandadan tam razıyam. Yaxşı oyun oldu. "Sumqayıt" yaxşı oynadı. AZAL bu gün nəticəyə oynayırdı. Sonda istədikləri nəticəni qazandılar. Artıq itirəcək heç nəyimiz qalmayıb. Qazanacaq da heç nəyimiz qalmayıb. Ancaq azarkeşlər üçün oynayırıq. Çalışırıq ki, onları sevindirək.
Birinci hissədə daha məzmunlu oynayırdıq. İkinci hissədə komanda bir qədər tələsirdi. Düzünə qalsa, bilmirəm AZAL-a necə qol vuraq. Həm futbolçular, həm də mən bunun yolunu tapa bilmirik. İnşallah gələcəkdə buna bir çarə taparıq". (Komanda.az)
Fanat.az