"Sumqayıt" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Samir Abbasov Aleksandr Çertoqanovun xidmətindən məhrum olub.
Belə ki, futbolçu cəzalı duruma düşüb. AZAL-la oyunun 84-cü dəqiqəsində perspektivli hücumun qarşısını kəsdiyinə görə cəzalanan Çertoqanov sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 8-ci xəbərdarlığı alan futbolçu XXXI turun "Kəpəz"lə oyununu buraxacaq.
Fanat.az