I divizionun I turunun oyunlarına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, Fariz Yusifovla Anar Salmanov aşağı liqa oyunlarına təyinat alıb.
Sabiq FİFA referisi Fariz Yusifov "Şuşa" - "Şahdağ" oyununu idarə edəcək. O, Premyer Liqanın V turunun "Sumqayıt" - "Rəvan" oyununda Ramazan Abbasova ikinci sarı vərəqədən sonra qırmızı vərəqə göstərməyi unutmuşdu. Görünür, Hakimlər Komitəsi buna görə Yusifovu cəzalandırıb.
Anar Salmanov isə "Turan-T" - "Araz" matçını idarə edəcək. FİFA referisi cari mövsümdə Premyer Liqa oyunlarına təyinat almır.
13 sentyabr
Energetik (Mingəçevir) - Lokomotiv (Biləcəri)
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Elvin Ağayev, Fuad Rəsulzadə
Hakim-inspektor: Salman Vəliyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14 sentyabr
Qaradağ Lökbatan (Lökbatan) - Göyəzən (Qazax)
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Kərim Kərimov
Hakim-inspektor: Şamil Useynov
Lökbatan qəsəbə Olimpiya idman kompleksinin stadionu
Şuşa (Şuşa) - Şahdağ (Qusar)
Hakimlər: Fariz Yusifov, Ravan Həmzəzadə, Vüsal Qənbərov, Qorxmaz Eldarov
Hakim-inspektor: Pərviz Əhmədov
“Şəfa” stadionu, 4-cü meydança
15 sentyabr
Turan-T (Tovuz) - Araz (Naxçıvan)
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Aleksandr Musatkin, Nail Nağıyev
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu
Neftçala (Neftçala) - Karvan (Yevlax)
Hakimlər: Rauf Cabbarov, Roman Vasilyev, Rahil Ramazanov, Xalid Quliyev
Hakim-inspektor: Rufulla Kərimov
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
Ağsu (Ağsu) - Kəpəz (Gəncə)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Anar Fərəcov
Hakim-inspektor: Zöhrab Qədiyev
Ağsu şəhər stadionu
MOİK (Bakı) - Bakılı (Bakı)
Hakimlər: Ramil Əhmədov, Vüqar Bayramov, Hüseyn Əsgərov, Elxan Müslümov
Hakim-inspektor: Yavər Rəhimov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
16 sentyabr
Şəmkir (Şəmkir) - Mil-Muğan (İmişli)
Hakimlər: Əmrah İbrahimov, Habil Əliyev, Mirzə Fərzəliyev, Elgün Hüseynov
Hakim-inspektor: Elşad Ağayev
Şəmkir şəhər Olimpiya idman kompleksinin stadionu
Bütün oyunlar saat 17.00-da başlayacaq.
Fanat.az