Topaz Premyer Liqasında XXXI turun təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab olanan "Qarabağ" - "İnter" görüşü Rəvan Həmzəzadəyə tapşırılıb.
Turun digər maraqlı qarşılaşması "Neftçi" - "Zirə" oyununu sabiq FIFA referisi Fariz Yusifov, "Xəzər Lənkəran" - "Qəbələ" matçını hazırda beynəlxalq dərəcəli hakim statusu daşıyan Rəhim Həsənov idarə edəcək.
Digər FIFA referisi Orxan Məmmədov “Rəvan” - AZAL oyununda fit çalacaq. Rauf Cabbarov isə "Sumqayıt" - "Kəpəz" matçında ədaləti qoruyacaq.
22 aprel
19.00 Qarabağ - İnter
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Azersun Arena”.
23 aprel
16.30 Xəzər Lənkəran - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
Neftçi - Zirə
19.00 Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
“Bakcell Arena”.
24 aprel
16.00 Rəvan - AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Bayıl Arena”.
14.00 Sumqayıt - Kəpəz
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”.
Fanat.az