"Neftçi" və "İnter" komandalarının əvəzedici heyətləri arasında 2:2 hesabı ilə başa çatan oyunu izlədim. Maraqlı oyun oldu. Çatışmazlıqlarımız var. Mən bütün bunlar barədə klub prezidenti Sadıq Sadıqova məlumat verəcəm". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi, Sadıq Sadıqovun müşaviri Böyükağa Hacıyev deyib.
Hacıyev bildirib ki, bu gün keçiriləcək əsas komandaların oyununda "Neftçi" "İnter"i məğlub edəcək: "Bir məğlubiyyətə görə nə komandanı, nə də məşqçini qınamaq olar. Bu, futboldu. Bunu sənə mən deyirəm. "Neftçi" "İnter"i məğlub edəcək. Ötən il "İnter" "Neftçi"yə, Kaxaber Tsxadadze isə mənə rəqib ola bilməyib. Kaxa mənim rəqibim yox, qapazaltım olub".
Qeyd edək ki, "Neftçi" ötən mövsüm Böyükağa Hacıyevin rəhbərliyi altında Azərbaycan çempionu olub, Kaxalı "İnter" isə bürünc medalları qazanıb.
futbol11.az